Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Yaponiyanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri İmamura Akira ilə görüşüb
27 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Yaponiyanın Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri İmamura Akira ilə görüşüb.
Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Yaponiya həmkarı ilə yeni görüşdən məmnuniyyət hissi keçirdiyini qeyd edib. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, hal-hazırda bölgədə olan iqtisadi əməkdaşlıq imkanlarından bəhs edib. Səfir Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri barədə məlumat verərək, onların bölgənin inkişafına verəcək töhfəsini təsvir edib.
Səfir İ.Akira öz tərəfindən Yaponiya ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin hər iki xalqın və ümumiyyətlə bölgə tərəqqisinin mənafelərinə xidmət etdiyini vurğulayıb. O, Cənubi Qafqazın Şərq – Qərb nəqliyyat dəhlizində oynadığı mühüm rol üzərində dayanaraq, Yaponiya tərəfinin bu imkanlardan faydalanmasında maraqlı olduğunu təsdiq edib.
Bu xüsusda, hər iki həmsöhbət tərəfindən bölgədə yaradılan yeni reallıqların bu əməkdaşlığa yeni təkan verə biləcəyinə dair əminlik ifadə olunub.
Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair niyyətini ifadə ediblər.