Gürcüstanda daimi və ya müvəqqəti yaşamaq hüququ olan əcnəbilər Azərbaycan Respublikasına səfər etmək üçün giriş vizası almaq hüququna malikdirlər.
Viza aşağıdakı üsullarla rəsmiləşdirilə bilər:
ASAN Viza (e-Visa) - https://www.evisa.gov.az/az/
“ASAN Viza” Elektron Viza Portalı vasitəsilə 3 (üç) iş günü müddətində elektron vizanın onlayn şəkildə rəsmiləşdirilməsi mümkündür. Həmçinin qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində sürətləndirilmiş e-vizanın rəsmiləşdirilməsi mümkündür.
“ASAN Viza” sistemi vasitəsilə əcnəbilər Azərbaycan Respublikasında qalma müddətini 30 (otuz) günədək müəyyən edən birdəfəlik elektron vizanı onlayn formatda əldə edə bilərlər. Ətraflı məlumat üçün: https://www.evisa.gov.az/az/information
E-Viza verilən ölkələrin siyahısı: https://evisa.gov.az/az/countries
Elektron vizanın rəsmiləşdirilməsi üçün https://www.evisa.gov.az internet ünvanı vasitəsilə birbaşa müraciət olunmalıdır. Elektron vizanın alınması üçün zəruri olan məlumatlar müraciətçilər tərəfindən birbaşa “ASAN Viza” sisteminə onlayn şəkildə daxil edilir və vizanın rəsmiləşdirilməsinə görə dövlət rüsumu sistem vasitəsilə elektron qaydada ödənilir. Elektron viza müraciət etmiş şəxsin elektron poçt ünvanına (e-mail) göndərilir.
“ASAN Viza” sistemi ilə əlaqədar yaranmış suallar (və ya yarana bilən hər hansı texniki problem) ilə bağlı birbaşa portalın operatoru funksiyasını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz xahiş olunur: https://evisa.gov.az/az/contact
Səfirlikdə viza müraciəti qaydaları
Gürcüstanda yaşamaq hüququ olan əcnəbilər tək və ya çoxdəfəlik giriş vizası ilə bağlı Səfirliyin konsulluq bölməsinə müraciət edə bilərlər. Vizanın rəsmiləşdirilməsi prosesinin 10 təqvim günü ərzində davam etdiyini nəzərə alaraq müraciətçilərdən tələb olunan sənədlərin Səfirliyin konsulluq bölməsinə əvvəlcədən təqdim edilməsi tövsiyə olunur. Viza rəsmiləşdirilməsi üçün sənədlər Səfirliyin konsulluq bölməsinə ərizəçilər tərəfindən şəxsən təqdim edilməlidir.
Diqqət!: Viza üçün ərizə-anket tam cavablandırılmadığı və tələb olunan sənədlər tam şəkildə tərtib və təqdim edilmədiyi halda viza müraciəti qəbul edilməyəcək və sənədlər geri qaytarılacaqdır. Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır.
Qeyd: Viza üçün tələb olunan sənədlər Səfirliyin konsulluq bölməsinə şəxsən, Konsulluq bölməsinin qəbul günlərində (bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri saat 09:00-dan 12:30-a qədər) təqdim edilməlidir.
Şəxsi, işgüzar, elm və təhsil ilə bağlı səfərlər üçün tələb olunan sənədlərin siyahısı:
-
Ərizə-anket (ərizə-anket çap hərflərlə və tam doldurulmalıdır);
-
Pasport və onun surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan vizanın müddətinin başa çatma tarixindən ən azı 3 ay artıq olmalıdır. Pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
-
Biometrik fotoşəkil- 2 ədəd (3x4);
-
Şəxsi səfərlər üçün dəvət məktubu: Fiziki şəxslər tərəfindən şəxsi səfər üçün dəvət məktubu notarial qaydada təsdiq edilməlivə dəvət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (şəxsiyyət vəsiqəsi və ya pasport) ilə birlikdə təqdim edilməlidir Qeyd: Dəvət edən Azərbaycan vətəndaşı dəvət məktubunu Azərbaycan dilində tərtib etməlidir. Dəvət edən şəxs Azərbaycanda yaşadığı təqdirdə, dəvət məktubu yerli notariusda notarial qaydada təsdiq edilməlidir. Dəvət edən AR vətəndaşı əcnəbi ölkə vətəndaşının yaxın qohumu (ər, arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr) olduğu halda, qohumluq əlaqəsini sübut edən təsdiqedici sənədlərin surəti (nikah və ya doğum haqqında şəhadətnamə) təqdim olunmalıdır.
-
İşgüzar, elm və təhsil səfərləri: Hüquqi şəxslər tərəfindən dəvət olunduğu halda, qəbul edən tərəfin (hüquqi şəxsin) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənmiş vəsatətinin əsli və ya surəti. Ətraflı məlumat üçün:https://mfa.gov.az/az/category/viza/azerbaycan-respublikasina-ecnebini-ve-ya-vetendasligi-olmayan-sexsi-devet-etmek-ucun-teleb-olunan-senedler
-
Gürcüstanda yaşayan əcnəbilər üçün Gürcüstanda daimi və ya müvəqqəti yaşayış icazəsinin əsli və surəti;
-
Beynəlxalq tibbi səyahət sığortası;
-
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Turizm məqsədilə səfər edənlərə viza rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
-
Ərizə-anket (ərizə-anket çap hərflərlə və tam doldurulmalıdır);
-
Pasportvə onun surəti (pasportun etibarlılıq müddəti verilməsi nəzərdə tutulan vizanın müddətinin başa çatma tarixindən ən azı 3 ay artıq olmalıdır. Pasportda viza üçün nəzərdə tutulan boş səhifə olmalıdır);
-
Biometrik fotoşəkil- 2 ədəd (3x4);
-
Otel sifarişinin surəti(ölkədə qalma tarixlərinə uyğun);
-
Təyyarə biletinin surəti;
-
Gürcüstanda yaşayan əcnəbilər üçün Gürcüstanda daimi və ya müvəqqəti yaşayış icazəsinin əsli və surəti;
-
Beynəlxalq tibbi səyahət sığortası;
-
Dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik şəxslər üçün vizasız gediş-gəliş rejimi:
Azərbaycan Respublikası və bir sıra xarici ölkələr arasında qarşılılıq prinsipi əsasında diplomatik, xidməti, rəsmi və ya xüsusi pasportlara malik vətəndaşlar üçün vizasız gediş-gəliş rejimi tətbiq olunur: https://mfa.gov.az/files/shares/Consulate/Vizasiz.pdf
Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumlarının dərəcələri:
Viza rəsmiləşdirilməsi üçün dövlət rüsumunun dərəcələri: https://mfa.gov.az/files/shares/Consulate/viza%20rusum.pdf
Diqqət! Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır.
Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Əlavə məlumat üçün: https://www.migration.gov.az/az/oyq