“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 iyul 2022

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev NATO-nun Gürcüstandakı Əlaqələndirmə Ofisinin rəhbəri Aleksander Vinnikovu qəbul edib

28 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev NATO-nun Gürcüstandakı Əlaqələndirmə Ofisinin rəhbəri Aleksander Vinnikovu qəbul edib.
 
Qonağı salamlayan Səfir F.Quliyev Azərbaycanın NATO ilə əlaqələrinin Ulu Öndər Heydər Əliyev dövründən etibarən uğurla inkişaf etdiyindən bəhs etmişdir. O, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığının bölgə və qlobal təhlükəsizliyinə töhfə verdiyini söyləmişdir. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, Səfir bölgədə post-münaqişə vəziyyətinin aşdığı imkanlardan bəhs edib və Azərbaycanın bu istiqamətdə atdığı addımlardan məlumat verib.
 
Əlaqələndirmə Ofisinin rəhbəri A.Vinnikov NATO-nun Baş katibinin Azərbaycan Respublikasının Prezidenti ilə vaxtaşırı təmasların mühüm rol oynadığını vurğulayıb. O, NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın bölgəyə etdiyi son səfərinin də uğurlu olduğunu məmnunluqla xatırlayıb. A.Vinnikov bölgədə cərəyan edən proseslərin NATO tərəfindən diqqətlə izlənildiyi və post-münaqişə dövründəki barış proseslərinin dəstəkləndiyini bildirib.
 
Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə ediblər.
Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti