“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Vətəndaşlıq Mənsubiyyəti

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən olunması qaydası

 

Şəxsiyyəti təsdiq edən müvafiq etibarlı sənədləri olmayan vətəndaşlar Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi məqsədilə Səfirliyin Konsulluq bölməsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Ərizə-anket (word) (PDF) (anket tam cavablandırılmalıdır);
  2. Fotoşəkil - 2 ədəd (3x4);
  3. Şəxsiyyəti təsdiq edən hər hansı sənədin surəti (doğum haqqında şəhadətnamə, etibarlıq müddəti bitmiş şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu, köhnə SSRİ pasportu, valideynlərə məxsus sənədlər və s.). 

Qeyd 1: Yalnız doğum haqqında şəhadətnaməsi olan şəxslər valideynlərinin sənədlərinin (pasport və şəxsiyyət vəsiqəsi) surətini də təqdim etməlidirlər. Diqqət! Qeyd 2: Təqdim olunan sənəd digər ölkənin müvafiq qurumu tərəfindən rəsmiləşdirildiyi halda (məs. Gürcüstanın müvafiq qurumu tərəfindən verilmiş doğum haqqında şəhadətnamə) o Azərbaycan dilinə tərcümə edilməli və notariusda təsdiq edilməlidir.

  1. 10 ABŞ Dolları məbləğində dövlət rüsumunun ödənilməsi barədə çap olunmuş qəbz. Sənədlər Konsulluğa təqdim edildikdən və nəzərdən keçirildikdən sonra ödənilir.

Yenilənmə tarixi: 20.01.2025

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti