“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 fevral 2017

Tiflisdə Xocalı soyqırımına həsr olunan filmin təqdimatı keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Tiflisdə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə səfir Dursun Həsənov çıxış edərək Xocalı soyqırımının tarixindən danışıb. O, bu qanlı hadisənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarına mane olan Heydər Əliyevin SSRİ rəhbərliyindən və Siyasi Bürodan uzaqlaşdırılması ilə başlandığını bildirib. Səfir Xocalı soyqırımının Azərbaycan tarixinə qanla yazıldığını deyib: “Cənubi Qafqazda Azərbaycan güclü dövlətə çevrilib və beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirib. Gün gələcək ki, Azərbaycan düşmən tapdağında olan torpaqlarını azad edəcək”.

Sonra tədbirdə gürcü politoloq Badri Naçkebia çıxış edərək Xocalı hadisəsini ümumi insanlığa qarşı törədilən faciə olduğunu qeyd edib. Tədbirdə çıxışlardan sonra “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filminin təqdimatı keçirilib. Xocalı soyqırımı qurbanlarından bəhs edən  sənədli filmin süjetlərin real həyatdan götürülüb. Tədbirdə Xocalıdan bəhs edən müxtəlif dillərdə kitabların və fotoların sərgisi təşkil olunub.

Filmin təqdimatına 300 nəfərdən çox nümayəndə qatılıb. Onun nümayişində Gürcüstanın dövlət və hökumət nümayəndələri, ABŞ, Fransa, Bolqarıstan, Türkiyə, Polşa, Qazaxıstan, Yunanıstan, Litva, Çexiya və digər ölkələrin Gürcüstandakı səfirliklərinin diplomatları, ictimaiyyət, elm və incəsənət xadimləri media nümayəndələri iştirak ediblər. 

Qeyd edək ki, Azərbaycan səfirliyindən bildirilib ki, filmin çəkilişinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. “Sonsuz Dəniz” filmi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə ərsəyə gəlib.  Sənədli film Litvalı prodüser Aleksandras Brokas (Litva) və  nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən lentə alınıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti