Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi Gürcüstanda yad edilmişdir.
12 dekabr 2018-ci il tarixində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar, Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri cənab Dursun Həsənov və səfirliyin əməkdaşları, Azərbaycan Respublikasının Milli Məclisinin üzvləri Əflatun Amaşov və Rasim Musabəyov, Heydər Əliyev Fondunun, SOCAR Georgia-nın nümayəndələri, Gürcüstanda fəaliyyət göstərən iş adamları, Gürcüstan Kvemo-Kartli quberniyasının rəhbərliyi və digər ictimaiyyət üzvləri Tbilisi şəhərində yerləşən Heydər Əliyevin büstü və Rustavi şəhərindəki heykəli qarşısında əklil qoymuşlar.