Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dursun Həsənov Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia ilə görüşmüşdür
29 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dursun Həsənov Gürcüstanın yeni təyin edilmiş xarici işlər nazirinin müavini Laşa Darsalia ilə görüş keçirmişdir. Görüş zamanı hər iki tərəf Azərbaycan-Gürcüstan əlaqələrinin yüksək səviyyədə olması, regionda aparılan enerji layihələrinin əhəmiyyəti və digər məsələlər barədə fikir mübadiləsi aparmışlar.