“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2021

Tbilisidəki M.F. Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Ümummilli Liderin fotoşəkillərindən ibarət sərgi açılmışdır

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar olaraq Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sərgi açılmışdır.

Ümummilli liderin fotoşəkillərindən ibarət sərginin açılış mərasimini Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev etmişdir. Açılış mərasimində, həmçinin səfirliyin əməkdaşları, Gürcüstandakı azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Sərgi 10 may tarixindən etibarən bir həftə ərzində muzey ziyarətçiləri üçün açıq olacaqdır

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti