Tbilisidə 20 yanvar faciəsinə həsr edilmiş foto sərgi keçirilmişdir.
17 yanvar 2019-cu ildə Tbilisi şəhərində yerləşən Parlament kitabxanasında 20 yanvar faciəsinə həsr edilmiş foto sərgi keçirilmişdir. Sərgidə Gürcüstanda yaşayan azərbaycanlı fotoqraf Şahvələd Eyvazovun 20 yanvar hadisəsi ilə bağlı Bakıda çəkdiyi 100-ə yaxın fotoşəkili nümayiş etdirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfiri cənab Dursun Həsənov, səfirliyin əməkdaşları, ziyalılar, iş adamları, tələbələr və KİV nümayəndələri iştirak etmişdir.