“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 iyun 2021

Səfir Faiq Quliyev Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze ilə görüş keçirmişdir

2021-ci ilin iyun ayının 25-də Səfir Faiq Quliyev ilə Suxumi Dövlət Universitetinin rektoru Zurab Xonelidze arasında görüş keçirilmişdir.


Görüşün əvvəlində Səfir Faiq 2012-ci ildə Suxumi Dövlət Universitetində təsis edilən “Azərbaycanın Dostları Klubu” adlı auditoriya ilə tanış olmuşdur.
Səfir, Suxumi Dövlət Universitetində yaradılan Azərbaycan güşəsinin daha da zənginləşdirilməsi üçün Səfirliyin dəstək olacağını bildirmişdir. Rektor Zurab Xonelidze Səfirə dəstəyinə görə təşəkkürünü bildrmişdir, qarşıdan gələn tədris ilində tələbələrin Azərbaycan auditoriyasıdan daha səmərəli istifadə edəcəyini qeyd etmişdir.
Səfirlə rektor arasında keçirilən görüşdə Suxumi Dövlət Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
​Səfir Z.Xonelidzenin ölkəmizlə əlaqələrə verdiyi böyük önəm və dəstəyə görə təşəkkür edərək, Suxumi Dövlət Universiteti ilə Səfirlik arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini bildirmişdir.
​Daha sonra Səfir Faiq Quliyevin Suxumi Dövlət Universitetinin professor və müəllim heyəti ilə görüşü baş tutmuşdur.
F.Quliyev Səfirliyin digər sahələrə olduğu kimi, elm və təhsil sahəsinə də böyük diqqət ayırdığını, strateji tərəfdaş olan Gürcüstanla Azərbaycan Respublikası arasında bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin yüksələn templə inkişaf etdiyini bildirmişdir.
Səfir 44 günlük Vətən Müharibəsinindən söz açaraq, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etdiyini qeyd edərək, işğaldan azad olunan ərazilərimizdə aparılan yenidənqurma işləri barədə məlumat vermişdir. Səfir Gürcüstan dövlətinə və xalqına Vətən Müharibəsi ərəfəsində göstərdiyi həmrəyliyə görə minnətdarlığını bildirmişdir.
Daha sonra çıxış edən rektor Z.Xonelidze qalib və qardaş ölkənin Səfirinin Universiteti ziyarətindən şad olduğunu, tarixi köklərə dayanan Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Sonra çıxış edən Suxumi Dövlət Universitetinin tarixçisi, professor Quram Marxuliya Qarabağın erməni işğalından azad olunması Azərbaycanın Şanlı Ordusunun və onun Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd etmişdir. O, Vətən Müharibəsindən sonra Səfirliyin dəstəyi ilə işğaldan azad olunan ərazilərə səfər etdiyini bildirmişdir.
Rektor Z.Xonelidze və Universitetin professor və müəllim heyəti Səfirin Suxumi Dövlət Universitetinə səfərinin məhz 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində həyata keçirilməsinin xüsusi önəm daşıdığını bildirmişlər.
Sonra Səfir Suxumi Dövlət Universitetinə heyəti ilə xatirə şəkli çəkdirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti