“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 dekabr 2020

Vətən müharibəsində şanlı zəfərimiz Səfirliyikdə Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və əməkdaşları ilə birlikdə qeyd edilmiş

Bu gün Azərbaycanın torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda Vətən müharibəsində şanlı zəfərimiz Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində Türkiyə Cumhuriyyətinin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və əməkdaşları ilə birlikdə qeyd edilmiş, bu münasibətlə Bakı şəhərində keçirilmiş Qələbə paradı birlikdə izlənilmişdir. Tədbirdə Fatma xanıma Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev tərəfindən Vətən müharibəmizdə zəfərimizin rəmzi olan və Qarabağ torpağında becərdilmiş xarıbülbül gülü hədiyyə edilmişdir. Öz növbəsində Türkiyə Cumhuriyyətinin səfiri bu gülün Türkiyənin Gürcüstandakı Səfirliyinin ərazisində olan bağdakı ən gözəl yeri bəzəyəcəyinə söz vermişdir.

Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı!

AzTr

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti