Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri ilə görüş
Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Levan Davitaşvili ilə görüş keçirmişdir.
Tərəflər kənd təsərrüfatı, qida təhlükəsizliyi və ətraf mühitin qorunması sahələrində sıx əməkdaşlıq qurmağın və yeni layihələrin həyata keçirilməsinin vacibliyini və ikitərəfli səfərlərin əhəmiyyətini vurğuladılar.
Həm də ikitərəfli ticarət fəaliyyətlərində qeyri-neft məhsullarının payının artırılması, kənd təsərrüfatı məhsullarının istehsalı / emalı və bu sahələrə qoyulan investisiyaların dəstəklənməsi imkanlarına diqqət yetirdilər.
Bundan əlavə, tərəflər Qafqazda vəhşi təbiətin bərpası, biomüxtəlifliyin qorunması, Mtkvari daxil olmaqla transsərhəd çaylardan səmərəli istifadə və təkmilləşdirilmiş qanunvericilik bazası barədə fikir mübadiləsi apardılar.
SOCAR-ın Gürcüstanın sosial-iqtisadi sahəsindəki aqro-dizel layihəsi də daxil olmaqla COVID-19 pandemiyası fonunda yerli fermerlərə dəstək məqsədi ilə həyata keçirdiyi layihələrdən məmnun olduqlarını nümayiş etdirdilər.
Gürcüstanın Meşə Məcəlləsində ediləcək dəyişikliklər də daxil olmaqla, torpaq islahatları barədə fikirlərini bildirdilər.
Azərbaycan, Türkiyə və Gürcüstan fındıq istehsalı və digər sahələr daxil olmaqla kənd təsərrüfatı və ətraf mühitin qorunması sahəsində üçtərəfli əməkdaşlıq potensialına malikdir və bir çox mühüm layihələr həyata keçirilməsini vurğuladılar.