“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 aprel 2025

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Gürcüstanda səfərdə olmuşdur.

Azərbaycan Respublikası, Gürcüstan və Ermənistan Respublikası arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüşdə iştirak etmək məqsədilə Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov cari ilin 17 aprel tarixində Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Nazir müavini E.Məmmədov səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ilə yanaşı, Tbilisi şəhərində fəaliyyət göstərən Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyini də ziyarət etmişdir.

 

https://www.facebook.com/story.php?story_fbid=1074499971380541&id=100064616447240&rdid=6SuvMGs9ydagfPE4#

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti