Azərbaycanın aparıcı media təmsilçiləri cari ilin 17-20 oktyabr tarixlərində Gürcüstana səfər etmişlər
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin və jurnalist təşkilatlarının təmsilçiləri oktyabrın 17-dən 20-dək Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində işgüzar səfərdə olmuşlar. Fondun "Azərbaycan Xalq Cümhuriyyəti ili” ilə bağlı hazırladığı Tədbirlər Planı çərçivəsində gerçəkləşən səfər media nümayəndələrini Cümhuriyyət yaradıcılarının dövlətçilik fəaliyyəti və zəngin ideya irsi ilə yaxından tanış etmək, habelə bu ölkənin kütləvi informasiya vasitələri ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək məqsədi daşımışdır.
Səfərdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Cəmaləddin Quliyev, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, «Ədalət» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Aqil Abbas, «İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu, «Palitra» qəzetinin baş redaktoru Namiq Əliyev, «Bizim Yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, «Trend» İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev, Fondun Müşahidə Şurasının üzvü Əvəz Rüstəmov, habelə aparıcı məsləhətçiləri Samir Mustafayev və Mirsəid Ağayev iştirak etmişlər.
Azərbaycanın aparıcı media təmsilçilərinin Gürcüstana səfəri barədə aşağıdakı linklərdən tanış olmaq olar:
http://www.movqe.az/news/sosial/123287.html
https://www.bizimyol.info/az/news/112236.html
http://palitranews.az/news.php?id=93890
https://525.az/site/?name=xeber&news_id=108566#gsc.tab=0
http://olaylar.az/news/sosial/302109
http://www.xalqcebhesi.az/news.php?id=30980
http://sia.az/az/news/social/706449.html
http://www.baki-xeber.com/siyaset/83854.html
http://ikisahil.az/?lang=aze&page=5&newsId=110155&lang=aze
http://www.yeniazerbaycan.com/Axtarish_e43884_az.html
https://az.trend.az/azerbaijan/society/2969242.html
https://news.day.az/azerinews/1054431.html
https://news.milli.az/country/696889.html