Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi
Cari ilin 12 dekabr tarixində Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar olaraq Ulu Öndərin adını daşıyan Tbilisi və Rustavi şəhərlərindəki parklarda ucaldılmış abidələri, həmçinin Kür çayının sağ sahilində yerləşən xatirə lövhəsi Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev, Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov və onları müşayiət edən nümayəndə heyəti, Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi, səfirlik əməkdaşları, iş adamları, icma və mətbuat nümayəndələri tərəfindən ziyarət edilmişdir.
Ulu Öndərin adını daşıyan parklardakı abidələri və Kür çayının sağ sahilində yerləşən xatirə lövhəsi önünə gül dəstələri və əklil qoyulmuş, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.