“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 yanvar 2021

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin “Azərbaycan və Gürcüstanın azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” mövzusunda onlayn formatında keçirilən dəyirmi masa haqqında mətbuat açıqlaması

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin “Azərbaycan və Gürcüstanın azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” mövzusunda onlayn formatında keçirilən dəyirmi masa haqqında mətbuat açıqlaması

25 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə “Azərbaycan və Gürcüstanın azadlıq mübarizəsi: 20 Yanvar və 9 Aprel faciələrinin səbəbləri, fəsadları və ortaq dəyərləri” onlayn formatında dəyirmi masa təşkil edilmişdir. 15-ə qədər Gürcüstan ekspertinin qatıldığı bu tədbir iştirakçılarına müraciət edən Fövqəladə və səlahiyyətli səfir Faiq Quliyev Azərbaycan və Gürcüstanın tarixi bağlılığı, o cümlədən xalqlarımızın taleyinə oxşar faciələrin nəsib olunduğunu vurğulayaraq, Qara Yanvar və 9 Aprel hadisələrinin səbəbləri, mahiyyəti və tarixi nəticələri barədə ətraflı bəhs etdi.

O, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə siyasi və hüquqi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin oynadığı rolu xüsusilə qeyd etdi. Şəhidlərin qanı bahasında əldə edilmiş hər iki ölkənin müstəqilliyi dövründə Azərbaycan və Gürcüstanın tarixi mehriban qonşuluq münasibətlərinə sadiq qalaraq, onların strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığı və bu tərəfdaşlığın sayəsində Cənubi Qafqaz bölgəsinin yeni simasının yaradıldığını söylədi.

Gürcüstanlı ekspertlər öz çıxışlarında ölkələrimizin keçmişdə və hal-hazırda qarşılıqlı şəkildə bir-birini dəstəklədiyini bildirərək, gələcəkdə də hər iki dövlətin və bütövlükdə bölgənin maraqlarına xidmət edən bu strateji tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyi üzərində dayandılar. Onlar, Heydər Əliyev və Eduard Şevardnadzenin oynadığı təməlqoyucu rolu qeyd edərək, bu gün də dövlət və hökumət başçıları arasında sıx əməkdaşlığın əhəmiyyətini vurğuladılar. Bir sıra gürcüstanlı ekspertlər Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbə münasibəti ilə təbrik etdi və bu tarixi hadisənin yeni bölgə reallıqlarının yaranmasına səbəb olduğunu söylədilər. Onlar, ölkələrimizin gələcəkdə də əlaqələndirilmiş şəkildə çıxış etməsinə dair əminlik ifadə etdilər.

Məhsuldar fikir mübadiləsi şəklində keçirilmiş bu dəyirmi masa Azərbaycan-Gürcüstan tərəfdaşlığının elmi müstəvidə dərk edilməsinin təzahürü oldu.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti