“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 sentyabr 2022

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində 27 sentyabr – Anım Günü ilə bağlı saat 12:00-da Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Faiq Quliyev və diplomatik nümayəndəliyimizin əməkdaşları şəhidlərimizin ruhu qarşısında baş əyib, onların xatirəsinə dərin hörmət və ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilənilib.
Bu gün Zəfərlə yekunlaşmış Vətən Müharibəsinin başlanmasından iki il ötdüyünü vurğulayan Faiq Quliyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edildiyini xatırladıb. O, “Dəmir yumruq” əməliyyatının qısa xronikasından danışaraq bu əməliyyatın dünyanın müasir hərb tarixinə misli görünməmiş uğurlu hərbi əməliyyat kimi daxil olduğunu bildirib. Səfir müharibə dövründə dünyada yaşayan bütün azərbaycanlılar kimi Gürcüstandakı soydaşlarımızın da bir yumruq kimi Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdiyini qeyd edib.
Səfir Vətən Müharibəsi günlərində Türkiyə və Gürcüstanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusilə vurğulayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlar arasında Gürcüstan əsilli vətəndaşlarımızın da olduğunu qeyd edən səfir, bütün şəhidlərimizin xatirəsinin uca tutulduğunu bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti