“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2025

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və ölkəmizin Batumi şəhərindəki Baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Mədəniyyət naziri xanım Elisso Bolkvadze ilə görüş keçirmişlər.

Cari ilin 2 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və ölkəmizin Batumi şəhərindəki Baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Mədəniyyət naziri xanım Elisso Bolkvadze ilə görüş keçirmişlər.

Görüş zamanı tərəflər Azərbaycan Respublikası ilə Gürcüstan arasında mədəniyyət sahəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs etmiş, xüsusilə də Acarıstanda mədəniyyət sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmişlər. İki ölkənin zəngin mədəni irsi və bu sahədəki əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Xanım E.Bolkvadze Acarıstanın Azərbaycanda Mədəniyyət Günlərinin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırmışdır. Öz növbəsində Səfir F.Quliyev bu təşəbbüsü yüksək qiymətləndirərək, qarşılıqlı olaraq Acarıstanda da Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunmasını təklif etmişdir.

Tərəflər gələcəkdə mədəniyyət sahəsində konkret layihələrin reallaşdırılması məqsədilə birgə işçi qruplarının yaradılması və mədəniyyət sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinin əhəmiyyətini də qeyd etmişlər.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər məsələlər barədə də fikir mübadiləsi edilmişdir.

 

https://www.facebook.com/story.php?story_fbid=1086226753541196&id=100064616447240&rdid=ixcmkgZ9nSKNGKRY#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti