“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 02 may 2025

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və ölkəmizin Batumi şəhərindəki Baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Sulxan Tamazaşvili və aparat rəhbəri Giorgi Tsintsadze ilə görüş keçirmişlər.

Cari ilin 2 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və ölkəmizin Batumi şəhərindəki Baş konsulu Fuad Əzizov Acarıstan Muxtar Respublikasının Hökumət Sədri Sulxan Tamazaşvili və aparat rəhbəri Giorgi Tsintsadze ilə görüş keçirmişlər.

Görüş çərçivəsində Azərbaycan Respublikası ilə Gürcüstan arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanmış, iki ölkə arasında iqtisadi, humanitar və mədəni sahələr üzrə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmişdir. Xüsusilə, Acarıstan regionunda birgə layihələrin həyata keçirilməsi, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Tərəflər iki ölkə arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsi üçün səylərin davam etdiriləcəyini ifadə etmişlər.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr edilmişdir.

https://www.facebook.com/story.php?story_fbid=1086207316876473&id=100064616447240&rdid=AotCjjTEX679qKxC#

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti