“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 may 2025

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze ilə görüşmüşdür.

Cari ilin 6 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze ilə görüşmüşdür.

Qonağı salamlayan Səfir F.Quliyev, Azərbaycan Respublikası və Gürcüstan arasında elm və təhsil sahələri üzrə mövcud olan əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmiş və iki ölkənin aidiyyəti qurumları qarşısında duran yeni hədəflər və perspektiv layihələr barədə söz açmışdır.

Səmimi qəbula və görüş üçün yaradılmış fürsətə görə həmsöhbətinə təşəkkür bildirən rektor professor Z.Xonelidze, Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında mövcud olan təmasların məmnunluq doğurduğunu, eləcə də elm və təhsil sahəsi üzrə birgə layihələrin əhəmiyyətini qeyd etmişdir.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

https://www.facebook.com/100064616447240/posts/1089113859919152/?rdid=PeIlVrd5Os4yLZLm#

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti