“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 yanvar 2025

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Davit Sonqulaşvili ilə görüşmüşdür.

Cari ilin 23 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri Davit Sonqulaşvili ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan Respublikası ilə Gürcüstan arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanları və perspektiv təşəbbüslər haqqında müzakirələr aparılmışdır.

Cari ilin 17 yanvar tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 10-cu iclasında iştirak etmək məqsədilə Gürcüstan hökumət başçısının rəhbərlik etdiyi nümayəndə heyətinin seçkilərdən sonra ilk səfərini məhz Azərbaycan Respublikasına etdiyini qeyd edən nazir D.Sonqulaşvili, səfər zamanı Gürcüstanın nümayəndə heyətinə Azərbaycan Respublikası tərəfindən göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü bildirmişdir. İki ölkə arasında kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində mövcud olan səmərəli və uğurlu əməkdaşlıq münasibətlərindən bəhs edən nazir D.Sonqulaşvili, bu əməkdaşlıq münasibətlərinin özəyində ölkələrimiz arasındakı tarixi və dostluq əlaqələrinin dayandığını söyləmişdir.

Öz növbəsində Səfir F.Quliyev yeni təyinatı münasibətilə nazir D.Sonqulaşvilini təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sahələrinin ölkəmiz üçün maraq kəsb edən əməkdaşlıq istiqamətlərindən biri olduğunu qeyd edən diplomat, ölkələrimiz arasında bir sıra qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilə biləcəyini bildirmişdir. Eyni zamanda, hər iki ölkənin müvafiq qurumları arasında təmasların daha da intensivləşdirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti də görüş zamanı qeyd olunmuşdur.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

https://www.facebook.com/story.php?story_fbid=1011601724337033&id=100064616447240&rdid=gCwKDp2b0b3vw8Cz#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti