“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 yanvar 2025

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili ilə görüşmüşdür.

Cari ilin 29 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili ilə görüşmüşdür.

Görüş çərçivəsində, strateji tərəfdaşlar olan Azərbaycan Respublikası ilə Gürcüstan arasında ədliyyə sahəsi üzrə əməkdaşlıq münasibətləri və qarşılıqlı əsasda məhkumların ekstradisiyası məsələsinə dair müzakirələr edilmiş, hər iki ölkənin müvafiq qurumları arasında mövcud olan təmasların əhəmiyyəti qeyd olunmuşdur. Tərəflər qurumlararası təmasları daha da möhkəmləndirmək niyyətində olduqlarını ifadə etmişlər.

Səfir F.Quliyev görüş üçün yaradılmış fürsətə görə nazir A.Oxanaşviliyə təşəkkürünü bildirmiş və yeni təyinatı münasibətilə həmsöhbətinə gələcək fəaliyyətində uğurlar arzu etmişdir.

Azərbaycan və Gürcüstan arasında mövcud olan hüquq-müqavilə bazası barədə nazir A.Oxanaşviliyə məlumat verən Səfir F.Quliyev, ölkəmizin bu bazanın genişləndirilməsində maraqlı olduğunu qeyd etmiş, həmçinin perspektiv təşəbbüslər barədə qarşı tərəfi məlumatlandırmışdır.

Nazir A.Oxanaşvili iki ölkənin müvafiq qurumları arasında ədliyyə sahəsi üzrə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirmiş, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş və gələcəkdə birgə təşəbbüslərin icra olunması istiqamətində əməli addımların atılmasına hazır olduqlarını söyləmişdir.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.

 

 

https://www.facebook.com/share/p/18Sbm1BJWD/

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti