“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 yanvar 2025

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəisi Levan Kakava ilə görüşmüşdür.

Cari ilin 23 yanvar tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəisi Levan Kakava ilə görüşmüşdür.

Görüş əsnasında həmsöhbətini salamlayan Səfir F.Quliyev, görüş üçün yaradılmış fürsətə görə L.Kakavaya təşəkkürünü bildirmiş və Dövlət Gömrük Komitəsinin Səfirlik nəzdində fəaliyyət göstərən nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Vüsal Əbilovu qarşı tərəfə təqdim etmişdir.

Öz növbəsində L.Kakava, V.Əbilovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmiş, ona Azərbaycan Respublikası ilə Gürcüstanın gömrük qurumları arasındakı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində uğurlar arzulamışdır.

Görüşdə Azərbaycan və Gürcüstan arasındakı iqtisadi-ticarət əlaqələrinin əhəmiyyəti xüsusi olaraq vurğulanmış, iki ölkənin gömrük qurumları arasındakı əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

L.Kakava gömrük nəzarəti prosedurlarının səmərəli həyata keçirilməsi və artan beynəlxalq yük axınının əlaqələndirilmiş şəkildə idarə olunmasının həm ölkələrimizin, həm də bütövlükdə regionun rifahı üçün əhəmiyyət kəsb etdiyini qeyd etmişdir.

İki ölkə arasında mövcud olan çoxşaxəli iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən söz açan Səfir F.Quliyev, ölkəmizin qarşılıqlı əsasda faydalı ola biləcək perspektiv təşəbbüslərin həyata keçirilməsində maraqlı olduğunu söyləmişdir.

Hər iki ölkənin birgə səyləri ilə regionumuzun rolunun daha da artırıla biləcəyi və nəticədə əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyi görüş zamanı qeyd olunmuşdur.

Görüş çərçivəsində tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda görüşdə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimer Xundadze, Gömrük İdarəsinin rəisi Zurab Siçinava və Beynəlxalq əlaqələr İdarəsinin rəisi Samson Uridia da iştirak etmişlər.

 

 

https://www.facebook.com/story.php?story_fbid=1014569477373591&id=100064616447240&rdid=Y4KwYzMCZLwm9qnR#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti