“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 dekabr 2025

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyinin missiya rəhbərinin müavini Alan S.Pörsel ilə görüşüb

Cari ilin 8 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı Səfirliyinin missiya rəhbərinin müavini Alan S.Pörsel və səfirliyin iqtisadi məsələlər bölməsinin rəhbəri Diana Kosta ilə görüşüb.

A.S.Pörsel və D.Kostanı Azərbaycan Respublikasının Səfirliyində salamlayan diplomat, həmkarlarına Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli əməkdaşlıq münasibətləri, Azərbaycan kapitallı şirkətlər tərəfindən Gürcüstana investisiya qoyuluşu, yerinə yetirilmiş və perspektiv, eləcə də regional əhəmiyyət daşıyan nəhəng layihələr barədə məlumat vermişdir. O, Azərbaycan və Gürcüstanın iştirakı ilə regionda icra olunan iqtisadi layihələrin bütövlükdə Cənubi Qafqazın rifahına və təhlükəsizliyinə töhfə verdiyini söyləmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 7-8 avqust tarixlərində ABŞ-a etdiyi səfərin əhəmiyyətindən bəhs edən diplomat, səfərin Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə ciddi təkan verdiyini söyləmiş, o cümlədən səfər çərçivəsində Azərbaycan-ABŞ münasibətlərinin inkişafı məqsədilə atılmış addımları xüsusi olaraq qeyd etmişdir.

Diplomat Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinin hazırkı vəziyyəti, iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində görülən işlər barədə söz açmış və bölgədə kommunikasiyaların açılmasının Orta Dəhlizin mövcud potensialına müsbət təsir edəcəyini qeyd etmişdir.

 

https://www.facebook.com/story.php?story_fbid=1259155386248331&id=100064616447240&rdid=0Mi0PYnszV8VjLFH#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti