“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 aprel 2025

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana işgüzar səfər etmişdir

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 21 aprel tarixində, Gürcüstana işgüzar səfər çərçivəsində Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzmüşdür.

Qeyd olunan səfər çərçivəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini ziyarət edən nümayəndə heyətinin, həmçinin Gürcüstanın Marneuli, Bolnisi, Dmanisi, Rustavi, Saqareco, Qardabani və Laqodexi rayonlarında fəaliyyət göstərən icma mərkəzləri və adıçəkilən rayonların rəhbərliyi ilə görüşlərin keçirilməsi də nəzərdə tutulur.

 

https://www.facebook.com/story.php?story_fbid=1077255687771636&id=100064616447240&rdid=i5PDfQqry1J9KdMp#

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti