Gürcüstanda Azərbaycanın Milli Qurtuluş Günü qeyd olunub
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb.
Ziyarətdə Azərbaycanın hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, səfirlik əməkdaşları, SOCAR şirkətinin nümayəndələri, azərbaycanlı iş adamları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Ulu öndərin xatirəsi Rustavi şəhərindəki abidəsi önündə də ehtiramla yad edilib.
F.Quliyev jurnalistlərə açıqlamasında deyib ki, bu gün Azərbaycan xalqı böyük fəxarət hissi ilə Milli Qurtuluş Gününü qeyd edir: "Bu gün Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Məhz ümummilli liderimiz Heydər Əliyevin müstəsna rolu nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb və möhkəmləndirilib. 28 il öncə təməli qoyulmuş siyasət bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".