“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2021

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Faiq Quliyev Gürcüstanın Ticarət və Sənaye Palatasının prezidenti cənab Qiorqi Pertaia ilə görüşmüşdür

Görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsində işgüzar dairələrinin roluna toxunularaq, bu sahədə mütəmadi olaraq qarşılıqlı səfərlərin həyata keçirilməsi, o cümlədən biznes forumların və konfransların təşkilinin əhəmiyyəti vurğulanmışdır. Bu xüsusda, Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də, həmin qurumlar arasında təcrübə mübadiləsinin aparılması və müvafiq sənədlərin imzalanması imkanları müzakirə edilmişdir. Görüşdə həmçinin, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin davam etdirilməsinin önəmli olduğu bildirilmişdir. Eyni zamanda, hər iki ölkənin özəl sektor təmsilçiləri arasında artan marağı və potensialı nəzərə alaraq, yaxın gələcəkdə Bakıda işğüzar dairələrin iştirakı ilə Azərbaycan-Gürcüstan Biznes Forumunun keçirilməsinin faydalı ola biləcəyi qeyd edilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti