Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın Ədliyyə Naziri Rati Breqadze ilə görüşmüşdür
Görüşdə iki ölkə arasında ədliyyə və məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi və bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Eyni zamanda, görüşdə hər iki ölkənin müvafiq qurumları arasında müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, eləcə də, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Gürcüstanın Ədliyyə Nazirliyi nəzdində Dövlət Xidmətinin İnkişafı Agentliyi arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.
Görüşdə hər iki ölkədə ədliyyə və məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar və gələcək planlar barədə fikir mübadiləsi aparılmışdır.