“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 yanvar 2021

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın Ədliyyə Naziri Qoça Lordkipanidze ilə görüşmüşdür

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sahəsində uğurla inkişaf etdiyi vurğulanmışdır.

Qeyd edilmişdir ki, zəngin müqavilə-hüquq bazası əsasında Ədliyyə nazirlikləri arasında səmərəli əməkdaşlıq qurulmuş, qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişlənməsinə böyük təkan verməkdədir. Eyni zamanda, hər iki ölkənin ədliyyə orqanlarının hüquqi yardım, notarial, penitensiar xidmət və digər sahələrdə səmərəli qarşılıqlı fəaliyyəti qeyd edilmişdir.

Görüşdə ölkələrimizdə ədliyyə və məhkəmə-hüquq sistemində qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilən islahatlar barədə məlumat verilmiş, qarşılıqlı fəaliyyətin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanmışdır. Ədliyyə sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi qeyd edilmişdir.

Görüşdə regionumuzda əməkdaşlıqla bağlı perspektivlər və digər maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti