“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 dekabr 2021

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İsveçrənin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri xanım Heydi Qrau ilə görüşüb

29 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İsveçrənin Gürcüstandakı yeni təyin edilmiş Fövqəladə və səlahiyyətli səfiri xanım Heydi Qrau ilə görüşüb.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev İsveçrə həmkarına Gürcüstanda başladığı missiyada uğurlar diləyıb. Son müddət ərzində bölgədə cərəyan edən proseslər üzərində dayanaraq, o, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini söyləyib.

 Səfir H.Qrau öz tərəfindən Gürcüstan XİN-də etimadnamə surətinin təqdim etdikdən sonra ilk tanışlıq xarakterli nəzakət səfərlərindən birinin məhz Azərbaycan Səfirliyinə etdiyini bildirərək, xoş qəbula görə təşəkkür ifadə etmişdir. Bu baxımdan xanım H.Qrau əvvəlki diplomatik təcrübə çərçivəsində Bakıya nümayəndə heyəti tərkibində səfər etdiyini və dövlət başçısı tərəfindən qəbul olunduğunu məmnuniyyətlə xatırlamışdır. O, təmsil etdiyi dövlətin hal-hazırda da Ermənistan – Azərbaycan münaqişəsindən sonrakı dövrdə Cənubi Qafqazda cərəyan edən proseslər, yeni siyasi və logistika təşəbbüslərinin maraqla izlədiyini söyləmişdir.

Azərbaycan ünvanına xoş sözləri və göstərilən marağı yüksək dəyərləndirən Səfir F.Quliyev qonağı maraqlandıran bölgə məsələlərinə dair ümumi təsviredici məlumat vermişdir. O, Azərbaycanın Gürcüstan və Türkiyə ilə inkişaf etdirdiyi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri bölgə tərəqqisini şərtləndirən başlıca amil kimi xarakterizə etmişdir. Azərbaycanın post-konflikt dövrdə Ermənistan Respublikası ilə də beynəlxalq hüquq və normalarına əsasən sülhün bərqərar edilməsində və bütövlükdə Cənubi Qafqaz bölgəsində yeni daha təhlükəsiz və sabit dövrün başlanmasında maraqlı olduğunu söyləmişdir.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminlik ifadə etmişdirlər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti