“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 noyabr 2022

ADA Universiteti Gürcüstandakı Azərbaycandilli məktəblərin müəllimləri və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün Azərbaycana tanışlıq turu təşkil edir

ADA Universiteti cari ilin 9-11 dekabr tarixlərində Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli orta məktəblərin və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün tanışlıq turu təşkil edəcəkdir.

Səfər çərçivəsində soydaşlarımızın ADA Universiteti (Bakı şəhəri) və Qazax Müəllimlər Seminariyası ilə tanış olmaq imkanı olacaqdır.

Qeyd olunan tanışlıq turunda iştirak etmək üçün müraciət edən şəxslərin seçimi ADA Universiteti tərəfindən həyata keçiriləcəkdir. Səfərlə bağlı bütün xərclər ADA Universiteti tərəfindən qarşılanacaqdır.

ADA Universitetinin tanışlıq turunda iştirak etmək istəyən şəxslərin 2022-ci ilin 25 noyabr tarixinədək əlavə olunan müraciət formasını dolduraraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin tbilisi@mission.mfa.gov.az ünvanına göndərmələri xahiş olunur.

Səfərlə bağlı ətraflı məlumat almaq istəyən şəxslər, həmçinin Səfirliyin +995-577-60-60-06 saylı telefon nömrəsi ilə də əlaqə saxlaya bilərlər.

Application Form ADA

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti