"Gürcüstanın paytaxtı Tbilisi şəhərində 28 May Respublika Günü qeyd olundu.
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və “SOCAR Georgia”nın təşkilatçılığı ilə cari il iyun ayının 3-də baş tutan tədbirdə Gürcüstanın Baş Naziri Georgiy Kvirikaşvili,Baş nazirin müavini, iqtisadiyyat naziri Dmitri Kumsuşvili, dövlət, hökumət, diplomatik korpus nümayəndələri,görkəmli elm və incəsənət xadimləri iştirak etmişlər.