“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 may 2025

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev, Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı büstünü ziyarət etmişlər.

Cari ilin 28 may tarixində, 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirlik və SOCAR əməkdaşları, iş adamları, icma və mətbuat nümayəndələri Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı büstünü ziyarət etmişlər.

Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülmüş və xatirəsi dərin ehtiramla anılmışdır.

Daha sonra Tbilisinin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonunda dəfn olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət olunmuşdur. Görkəmli dövlət xadimlərimizin məzarları üzərinə gül dəstələri düzülmüş, xatirələri yad edilmişdir.

Eyni zamanda, cari ilin 28 may tarixində Səfirliyin təşəbbüsü və Tbilisi Meriyasının dəstəyi ilə Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tbilisi şəhərindəki televiziya qülləsi, həmçinin şəhərin əsas simvollarından sayılan “Sülh körpüsü” Azərbaycanın dövlət bayrağının rənglərində işıqlandırılmışdır.

 

 

        

https://www.facebook.com/story.php?story_fbid=1105365338294004&id=100064616447240&rdid=BeoBGFsq89mMclCw#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti