“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 dekabr 2024

27 dekabr tarixində Matəm günü ilə əlaqədar Səfirlikdə başsağlığı kitabı açılıb.

Cari ilin 27 dekabr tarixində hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili, Gürcüstan Baş nazirinin birinci müavini - iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, Gürcüstan Baş nazirinin müavini - müdafiə naziri İrakli Çikovani, Gürcüstanın kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi naziri David Sonqulaşvili, Gürcüstanın ədliyyə naziri Anri Oxanaşvili, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani, Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) Levan İoseliani, Gürcüstan Mərkəzi Seçki Komitəsinin sədri Qiorqi Kalandarişvili, Gürcüstan Parlamentinin deputatı - Təhsil, elm və gənclərlə iş Komitəsinin sədri Givi Mikanadze, Gürcüstan Parlamentinin deputatı - Regional siyasət və özünüidarəetmə Komitəsinin sədri İrakli Kadaqişvili, Gürcüstan Parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğalı, Paata Salia, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Nino Enukidze, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Quram Quramişvili, Gürcüstanın mədəniyyət və idman nazirinin müavini Beka Davituliani, Gürcüstanın Enerji və Su Təminatı üzrə Tənzimləyici Milli Komissiyasının sədri Davit Narmania, Kvemo Kartli bölgəsinin qubernatoru Qiorqi Doxturaşvili, Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, “Lelo” siyasi partiyasının həmtəsisçisi Badri Caparidze, “Demokratik Hərəkat – Vahid Gürcüstan” siyasi partiyasının sədri Nino Burcanadze, Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Hacı Etibar Eminov və onun başçılıq etdiyi heyət, eləcə də Qətər Dövlətinin Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hassan Bin Əhməd Əl-Mutava, İsrailin Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Hadas Meitzad, İran İslam Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mahmud Adib, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federsiyasının Gürcüstan üzə nümayəndəliyinin rəhbəri Davron Muxamadiyev, Norveç Krallığının Gürcüstandakı Səfirliyinin müvəqqəti işlər vəkili Rebekka Lay, Türkiyə Respublikasının Gürcüstandakı Səfirliyinin dini məsələlər üzrə müşaviri Mahmut Göl, həmçinin Səfirliyin daxili işlər üzrə müşaviri Hakan Becel və təhsil məsələləri üzrə müşaviri Ercan Gülsuyu, Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyinin, Birləşmiş Ərəb Əmirliklərinin və Latviyanın Gürcüstandakı Səfirliklərinin nümayəndələri, Gürcüstandakı icma təşkilat rəhbərləri və üzvləri, ölkənin ictimai-siyasi xadimləri və elm adamları, yerli araşdırma və beyin mərkəzlərinin rəhbərləri, iş adamları, mətbuat nümayəndələri, 25 dekabr 2024-cü il tarixdə “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkəmizdə elan edilmiş matəm səbəbilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyini ziyarət edərək başsağlığı vermiş və Səfirlikdə açılmış başsağlığı kitabında ürək sözlərini qeyd etmişdir.

 

https://www.facebook.com/story.php?story_fbid=992928859537653&id=100064616447240&rdid=uJ8T8a60daTLix6D

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti