“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Mətbuat şərhi 01 sentyabr 2025

2025 Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza rəsmiləşdirilməsinə dair məlumat.

2025 Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza rəsmiləşdirilməsinə dair məlumat:

2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

3. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

***

Information about visa issuance procedure for foreigners and stateless persons arriving to the Republic of Azerbaijan in connection with 2025 Formula 1:

Foreigners and stateless persons arriving to the Republic of Azerbaijan in connection with Formula 1 race to be held in Baku in 2025, will be able to obtain visas on arrival at the international airports of the Republic of Azerbaijan from August 25 till September 30, 2025.

One of the below mentioned documents is required for visa issuance:

1. An accreditation card or other document confirming accreditation in accordance with the relevant rules of "Formula One Management Limited" company and International Automobile Federation, the international organizers of Formula 1 races;

2. An accreditation card for Baku City Circuit Operations Company;

3. A ticket, including electronic ticket or a document that confirms obtaining a ticket for Formula 1 race to be held in Baku in 2025.

https://www.facebook.com/story.php?story_fbid=1178390794324791&id=100064616447240&rdid=whVfEe8QXYyNTmec#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti