“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 aprel 2021

2021-ci ilin aprel ayının 20-də Səfir Faiq Quliyev ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze arasında görüş keçirilmişdir

Görüşün əvvəlində Səfiri salamlayan Agentlik sədri, Gürcüstanın strateji tərəfdaşı olan qardaş Azərbaycan dövlətinin səfirinin Hökumət Administrasiyasının binasında görməkdən məmnunluq duyduğunu, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin inkişafı üçün lazımi dəstəyi göstərməyə daim hazır olduğunu bildirmişdir.

​Görüşdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Dini Məsələlər üzrə Dövlət Komitəsinin əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə fikir mübadiləsi aparılmışdır.

​Səfir qeyd etmişdir ki, tarixi mədəniyyət abidələrinin, xristian, yəhudi və digər dinlərə məxsus məbədlərin bərpası və təmiri, dilindən və dinindən asılı olmayaraq, ölkənin bütün vətəndaşlarının etiqad azadlığının qorunması və dini ehtiyaclarının təmin olunması Azərbaycanın dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir.

​Səfir F.Quliyev ilə Z.Vaşakmadze qarşılıqlı intensiv səfərlərin həyata keçirilməsinin əhəmiyyətindən söz açmış, digər sahələrdə olduğu kimi din sahəsində də Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlaqələrin yeni müstəviyə çatdırılmasının vacibliyini qeyd etmişlər.

​Z.Vaşakmadze Gürcüstanın ikinci ən böyük dini təriqəti təmsil edən müsəlman vətəndaşlarını Ramazan ayının başlaması ilə əlaqədar olaraq təbrik etmiş, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu müqəddəs ayda onlarla birgə ola bilmədiyi üçün təəssüf hissi keçirdiyini bildirmişdir.

​Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti