“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 dekabr 2025

17 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəisi İrakli Beraya ilə görüşmüşdür.

Cari ilin 17 dekabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəisi İrakli Beraya ilə görüşmüşdür.

Görüş əsnasında həmsöhbətini salamlayan səfir F.Quliyev, görüş üçün yaradılmış fürsətə görə İ.Berayaya təşəkkürünü bildirmişdir. Azərbaycan Respublikası və Gürcüstan arasındakı iqtisadi-ticarət əlaqələrinin əhəmiyyətindən və perspektiv təşəbbüslər barədə bəhs edən diplomat, xüsusi olaraq iki ölkə arasında artan yük daşımaları, o cümlədən regionun tranzit potensialına dair fikirlərini bölüşmüşdür.

Öz növbəsində səfir F.Quliyevi salamlayan İ.Beraya, Azərbaycan və Gürcüstan arasında artan yük dövriyyəsi kontekstində regional əhəmiyyətli layihələr və iki ölkə arasında aidiyyəti sahələr üzrə tərəfdaşlıq münasibətlərindən söz açmışdır.

Tərəflər görüş zamanı aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, icrası nəzərdə tutulan regional təşəbbüslər, gömrük və yük daşımalarından irəli gələn məsələlərin çevik şəkildə həll edilməsi mexanizmləri ilə yanaşı, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.

Eyni zamanda görüşdə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti rəisinin birinci müavini Paata Kiladze, Gömrük İdarəsinin rəisi Mixeil Çokoşvili və Beynəlxalq əlaqələr İdarəsinin rəisi Arçil Daraxvelidze də iştirak etmişlər.

 

https://www.facebook.com/story.php?story_fbid=1266405835523286&id=100064616447240&rdid=a4PA7eLJEP78dma3#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti