“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 may 2026

14 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Acarıstan Muxtar Respublikasının yeni təyin edilmiş Hökumət sədri Zurab Pataradze ilə görüşüb.

Cari ilin 14 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Acarıstan Muxtar Respublikasının yeni təyin edilmiş Hökumət sədri Zurab Pataradze ilə görüşüb.

Səfir F.Quliyev Z.Pataradzeni yeni təyinatı münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Diplomat, Z.Pataradzenin Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyəti dövründə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişafındakı xidmətlərindən söz açmış və bu fəaliyyətin yeni vəzifəsində də davam etdiriləcəyinə inamını ifadə edib.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasında iqtisadi, sosial-humanitar, turizm və digər sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Səfir F.Quliyev iki ölkə arasında həyata keçirilən layihələrin və sahəvi əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün birgə səylərin əhəmiyyətini vurğulayıb.

Z.Pataradze təbrik və xoş diləklərə görə təşəkkürünü bildirmiş, yeni vəzifəsində Gürcüstanda akkreditə olunmuş xarici ölkələrin nümayəndələri ilə ilk rəsmi görüşünü məhz Azərbaycan Respublikasının Gürcüstandakı səfiri ilə keçirməsinin rəmzi məna daşıdığını qeyd etmişdir.

Acarıstan Muxtar Respublikasının turizm və iqtisadi potensialından bəhs edən Z.Pataradze, bölgədə biznes forumlarının təşkili imkanları haqda məlumat vermiş, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf etdirilməsinə dəstək verməyə hazır olduğunu vurğulamışdır.

Görüşdə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu Fuad Əzizov və Batumi şəhərinin meri Qiorqi Tsintsadze iştirak ediblər.

Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 

 

https://www.facebook.com/story.php?story_fbid=1388618993301969&id=100064616447240&rdid=OWvdjAExZTV9OsiR#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti