“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 aprel 2025

11 aprel tarixində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevi qəbul etmişdir.

Cari ilin 11 aprel tarixində Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyevi qəbul etmişdir.

Görüş zamanı Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli münasibətlərin cari vəziyyəti, həmçinin strateji tərəfdaş olan iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Görüşdə Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli strateji tərəfdaşlıq münasibətlərinin yüksək qiymətləndirildiyi qeyd olunmuş, iki ölkə arasında iqtisadi-ticarət, nəqliyyat və enerji, sosial-humanitar sahələr üzrə uğurlu əməkdaşlıq xüsusi olaraq vurğulanmışdır.

Azərbaycan və Gürcüstan arasında mövcud olan nümunəvi strateji tərəfdaşlıq münasibətlərinin regionda sülh, sabitlik və tərəqqiyə verdiyi töhfədən bəhs edilmiş, beynəlxalq müstəvidə baş verən hadisələr fonunda bu istiqamətdə birgə səylərin əhəmiyyəti qeyd olunmuşdur.

Görüş əsnasında qarşılıqlı olaraq hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyə görə təşəkkür ifadə olunmuşdur.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr edilmişdir.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti