“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 aprel 2025

11 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş rəhbəri Anri Oxanaşvili ilə görüşmüşdür.

Cari ilin 11 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni təyin olunmuş rəhbəri Anri Oxanaşvili ilə görüşmüşdür.

Görüş çərçivəsində, strateji tərəfdaşlar olan Azərbaycan Respublikası ilə Gürcüstan arasında təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın əsas istiqamətləri, regiondakı təhlükəsizlik şəraiti müzakirə edilmiş, hər iki ölkənin aidiyyəti qurumları arasında mövcud olan təmasların əhəmiyyəti xüsusi olaraq qeyd olunmuşdur.

Səfir F.Quliyev görüş üçün yaradılmış fürsətə görə cənab A.Oxanaşviliyə təşəkkürünü bildirmiş və yeni təyinatı münasibətilə həmsöhbətinə gələcək fəaliyyətində uğurlar arzu etmişdir.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti