“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 sentyabr 2025

10 sentyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev İsrail Dövlətinin Gürcüstanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Valid Abu-Haya ilə görüşüb.

Cari ilin 10 sentyabr tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev İsrail Dövlətinin Gürcüstanda yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli Səfiri Valid Abu-Haya ilə görüşüb.

Görüş əsnasında səfir F.Quliyev, həmkarı V.Abu-Hayanı yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzu etmişdir. Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan kapitallı şirkətlər tərəfindən Gürcüstana qoyulmuş investisiyalar, yerinə yetirilmiş və perspektiv, eləcə də regional əhəmiyyət daşıyan nəhəng layihələr barədə həmkarına məlumat verən diplomat, Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə icra olunan iqtisadi layihələrin bütövlükdə Cənubi Qafqaz regionunun rifahına və təhlükəsizliyinə verdiyi töhfədən bəhs etmiş və bu layihələrin daha geniş coğrafiya üçün strateji əhəmiyyət kəsb etdiyini bildirmişdir. O, 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatı nəticəsində azad edilmiş əzəli ərazilərimizdə postmünaqişə dövründə aparılan bərpa və quruculuq işləri barədə də həmsöhbətinə məlumat vermişdir.

Görüş üçün yaradılmış fürsətə görə təşəkkürünü ifadə edən səfir V.Abu-Haya, Azərbaycan Respublikasının Səfirliyindəki nəzakət görüşündən məmnun olduğunu söyləmiş, eyni zamanda, Cənubi Qafqaz regionunda Azərbaycanın həyata keçirdiyi iqtisadi layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa və quruculuq işləri barədə verilmiş ətraflı məlumata görə səfir F.Quliyevə təşəkkürünü bildirmişdir.

Tərəflər görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

 

https://www.facebook.com/story.php?story_fbid=1186160930214444&id=100064616447240&rdid=2L5bGNiGS0UPFfFI#

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti