2024-05-29

28 May – Müstəqillik Günü münasibətilə Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı büstünə ziyarət edilmişdir.

Cari ilin 28 may tarixində, 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, səfirlik və SOCAR əməkdaşları, iş adamları, icma və mətbuat nümayəndələri Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı büstünü ziyarət etmişlər.
Ulu Öndərin abidəsi önünə gül dəstələri düzülmüş və xatirəsi dərin ehtiramla anılmışdır.
Daha sonra Tbilisinin Nəbatat bağındakı görkəmli azərbaycanlıların panteonunda dəfn olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin məzarları ziyarət olunmuşdur. Görkəmli dövlət xadimlərimizin məzarları üzərinə gül dəstələri düzülmüş, xatirələri yad edilmişdir.
 
 

Arxiv üzrə axtarış