2024-04-22

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili ilə görüşmüşdür.

Cari ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili ilə görüşmüşdür. Görüşdə Azərbaycan və Gürcüstan arasında son illər sürətlə dərinləşən strateji tərəfdaşlıq münasibətləri müzakirə edilmişdir. Eyni zamanda, görüşdə tərəflər regionumuzda baş verən proseslər barədə də fikir mübadiləsi etmişlər.
Səfir F.Quliyev İ.Qaribaşvilinin Gürcüstanın Baş naziri olduğu müddətdə onun Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında oynadığı rolu, xüsusilə Gürcüstanı sülh platforması kimi təqdim edərək Azərbaycan və Ermənistan arasında danışıqlara vasitəçilik etməklə Cənubi Qafqazda əmin-amanlığın təmin edilməsi üzrə fəaliyyətlərini vurğulayaraq, ona bir daha təşəkkürünü bildirmişdir.
 
 

Arxiv üzrə axtarış