2024-04-22

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşmüşdür.

Cari ilin 22 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin əhəmiyyəti, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması prosesi müzakirə edilmiş, eləcə də yüksək səviyyəli səfərlərin müsbət dinamikası qeyd olunmuşdur.
Tərəflər arasında keçirilmiş görüşdə Səfirliyin hərbi attaşesi, polkovnik Fuad İbrahimov da iştirak etmişdir.
 
 

Arxiv üzrə axtarış