2024-04-29

Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Ombudsmanı Levan İoseliani ilə görüş keçirmişdir.

Cari ilin 29 aprel tarixində Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Gürcüstan Ombudsmanı Levan İoseliani ilə görüş keçirmişdir. Görüşdə tərəflər Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq, qardaşlıq əlaqələrinin son illər daha da inkişafından məmnunluq ifadə etmişlər.
Səfir F.Quliyev Azərbaycan-Gürcüstan arasında iqtisadi münasibətlər ilə yanaşı, müxtəlif digər sahələrdə, xüsusilə humanitar sferada əlaqələrin intensivliyindən söz açaraq, hazırda görülən işlər və gələcək əməkdaşlıq perspektivlərindən danışmış, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə Gürcüstanın Xalq Müdafiəçisi arasında əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin zəruriliyini vurğulamışdır.
Ombudsman L.İoseliani öz növbəsində multikultural ölkə olan Gürcüstanda yaşayan bütün şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində qanunvericilik əsasında müvafiq tədbirləri həyata keçirdiklərini bildirmişdir.
 
 

Arxiv üzrə axtarış