2023-12-20

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır. Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən,  18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 28 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə müraciət etmələri xahiş olunur.  

Elektron poçt ünvanı: consul_tbilisi@mission.mfa.gov.az  

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və hazırda yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

Arxiv üzrə axtarış