2022-01-18

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Qətər Dövlətinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Əhməd Əl-Mütəva ilə görüşmüşdür

17 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Qətər Dövlətinin Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Əhməd Əl-Mütəva ilə görüşmüşdür.

Qonağı səmimi qəlbdən salamlayan Səfir F.Quliyev Qətər həmkarına Gürcüstandakı missiyanın yerinə yetirilməsində uğurlar diləmişdir. O, ölkələrimizi birləşdirən ortaq sivilizasiya dəyərləri qeyd edərək, ikitərəfli münasibətlərin kifayət qədər fəal şəkildə inkişaf etdiyini, hər iki paytaxtda qarşılıqlı əsasda fəaliyyət göstərən səfirliklərin buna əyani sübut olduğunu söyləmişdir.

Qəbula görə təşəkkür ifadə edən Səfir H.Ə. Əl-Mütəva də öz tərəfindən Qətərin ölkəmizlə və ümumiyyətlə Cənubi Qafqaz bölgəsi ilə əlaqələrinin tarixçəsindən bəhs etmiş, onların hazırkı mərhələdə müşahidə edilən səviyyəsindən danışmışdır.

Eyni zamanda, tərəflər bölgədə yaranmış yeni reallıqlar kontekstində cərəyan edən proseslər və onlarla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsini aparmışdırlar.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair ümid ifadə etmişdirlər.  

Arxiv üzrə axtarış