2021-01-28

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Şota Rexviaşvili ilə görüşmüşdür

Kvemo Kartli regionuna daxil olan rayonların rəhbər şəxslərinin də qatıldığı görüşdə iki ölkənin regionları arasında əlaqələrin genişləndirilməsi imkanları, o cümlədən Kvemo Kartli regionu ilə əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Söhbət zamanı regionda sosial-iqtisadi, mədəniyyət, təhsil və digər sahələrdə həyata keçirilən layihələr nəzərdən keçirilmişdir. Bu xüsusda, ölkələrimizi birləşdirən əsas kommunikasiya xətləri, Avropa ilə Asiyanı qovuşduran irimiqyaslı infrastruktur layihələrinin əsasən bu regiondan keçdiyi vurğulanmışdır.

Xüsusi diqqət Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli strateji tərəfdaşlıq və dostluq münasibətlərinin daha da dərinləşdirilməsi məsələsinə yönəldilmişdir. Görüşdə Kvemo Kartli regionunun iqtisadi inkişafı, malik olduğu potensial və bu bölgədə yaşayan azərbaycanlıların inteqrasiya məsələləri barədə fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış