2021-01-26

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelauri ilə görüşmüşdür

Görüşdə Azərbaycan və Gürcüstanın dost və strateji tərəfdaş olduğu vurğulanmış, regional təhlükəsizlik məsələləri, eləcə də, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində iki ölkənin hüquq-mühafizə orqanları arasında ikitərəfli və regional əməkdaşlıq və gələcək perspektivlərə dair müzakirələr aparılmışdır.

Arxiv üzrə axtarış