2021-01-15

Azərbaycanla Gürcüstanın iqtisadi münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev yanvarın 15-də bu ölkənin Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının baş katibi, səfir Zviad Çumburidze ilə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi, ticarət, qarşılıqlı investisiya əlaqələrinin, eləcə də yeni əməkdaşlıq imkanlarının genişləndirilməsi və sair məsələlər müzakirə olunub.

Söhbət zamanı ölkələrimizin işgüzar dairələri, o cümlədən Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

İşgüzar dairələr arasında qarşılıqlı səfərlərin və tədbirlərin intensivləşdirilməsinin vacibliyi qeyd olunub, ötən il martın 5-də Tbilisidə keçirilmiş Gürcüstan-Azərbaycan biznes forumunun əhəmiyyəti vurğulanıb.

Gələcəkdə bu kimi forumların mütəmadi olaraq təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış